...

İranda metaləritmə zavodunda partlayış: 21 nəfər yaralanıb

Dünya xəbərləri Materials 20 Sentyabr 2023 16:01 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün günorta saatlarında İranın şimalında yerləşən Qum vilayətində metaləritmə zavodunda güclü partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 21 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralanlardan birinin vəziyyəti ağırdır.

Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti