...

Rusiya Aİ-ni hərbi vəziyyət barədə məlumatlandırma qaydasına düzəlişi təsdiqləyib

Dünya xəbərləri Materials 20 Sentyabr 2023 18:18 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Dövlət Duması Avropa İttifaqı Rusiyada hərbi və ya fövqəladə vəziyyətin tətbiqi və dayandırılması barədə məlumatlandırma qaydasına düzəlişi 1-ci oxunuşda təsdiqləyib.

Trend xəbər verir ki, Dumanın plenar iclasında yeni qanun layihəsi yekdilliklə təsdiqlənib.

Rusiyanın ölkədə hərbi və ya fövqəladə vəziyyətin tətbiqi və dayandırılması barədə Aİ baş katibini məlumatlandırma zərurətini ləğv edən yeni qanun layihəsi Rusiya prezidenti Vladimir Putin tərəfindən Dövlət Dumasına təqdim olunub.

Yeni qanun layihəsinə əsasən, Rusiyada hərbi və ya fövqəladə vəziyyətlə bağlı yalnız BMT baş katibi məlumatlandırılacaq.

Qeyd edək ki, martın 15-də Rusiya Federasiyasının Parlament Assambleyası ölkənin Avropa Şurasından çıxmasının lehinə yekdilliklə səs verib. Elə həmin gün Avropa Şurasının Nazirlər Komitəsi Rusiyanın təşkilatdan çıxarılması ilə bağlı qətnaməni təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti