Bakı. Trend:
İrəvanda keçirilən etiraz aksiyalarında bu gün 84 nəfər saxlanılıb.
Trend bu barədə erməni mediasına istinadən xəbər verir.
Bildirilib ki, saxlanılanlar arasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan da var.
Qeyd edək ki, İrəvanda Paşinyan hökumətindən narazı vətəndaşlar etiraz aksiyası keçirir. Onlar baş nazir Nikol Paşinyan və komandası istefaya gedənədək etirazları davam etdirəcəklərini bildiriblər. Etirazçılar bu gün İrəvanda bir neçə küçəni bağlayıblar.