...

Bu ölkələrin XİN rəhbərləri Rusiya-Şimali Koreya əməkdaşlığını müzakirə edib

Dünya xəbərləri Materials 23 Sentyabr 2023 11:36 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Koreya Respublikasının xarici işlər naziri Pak Çin, yaponiyalı həmkarı və ABŞ dövlət katibi Entoni Blinken Rusiya ilə Şimali Koreya arasında silah tədarükünə dair saziş ehtimalını müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə Koreya Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, müzakirələrdə ABŞ, Cənubi Koreya və Yaponiyanın Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlıq, o cümlədən mümkün silah tədarükü sazişi ilə bağlı narahatlığı ifadə olunub. Tərəflər regional təhlükəsizliyi təhdid edən və BMT Təhlükəsizlik Şurasının qətnaməsin pozan istənilən tədbirə qarşı qətiyyətli tədbir görəcəkləri barədə razılığa gəliblər.

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edib. Səfər çərçivəsində iki ölkə lideri Rusiya və Şimali Koreya arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini, regiondakı vəziyyəti, beynəlxalq məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti