Bakı. Trend:
İrəvanda polis küçələri bağlayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edən 32 etirazçını saxlayıb.
Trend xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, İrəvanda sentyabrın 19-dan Nikol Paşinyan hakimiyyətindən narazı vətəndaşlar tərəfindən etiraz aksiyası davam edir. Aksiya iştirakçıları baş nazir Nikol Paşinyan və komandası istefaya gedənədək etirazları davam etdirəcəklərini bildiriblər.
Paşinyan hakimiyyətinə qarşı etirazlarda saxlanılanlar arasında keçmiş prezident Robert Koçaryanın oğlu Levon Koçaryan da var. Dörd polis əməkdaşını döyməkdə ittiham olunan Levon 1 ay müddətinə həbs olunub.