Bakı. Trend:
İrəvan Qarabağı tərk edən qanunsuz silahlı birləşmələrin üzvlərini Ermənistan ordusuna cəlb etmək istəyir.
Trend xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirinin müavini Arman Sarkisyan deyib.
"Qarabağı tərk edən qanunsuz silahlı birləşmə üzvlərinin Ermənistanın Müdafiə Nazirliyində xidmətə daxil olması çox yaxşı olardı, belə ki, onların təcrübə və hərbi bilikləri Ermənistanın Silahlı Qüvvələrinə xidmət edəcək", - o bildirib.
Nazir müavini əlavə edib ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən stabildir.
O, Müdafiə Nazirliyinin dəyişiklikləri, vəziyyətin dinamikasını diqqətlə izlədiyini bildirib.
Sarkisyanın sözlərinə görə, gərginliyin artmasına doğru tendensiya yoxdur.