Bakı. Trend:
Türkiyə sərhədçiləri 2-si FETÖ-çü olmaqla sərhədi qanunsuz keçmək istəyən 8 nəfəri saxlayıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial media hesabında qeyd edilib.
Bildirilib ki, onlar qanunsuz yolla Yunanıstana keçməyə cəhd göstəriblər. Araşdırmalar nəticəsində ələ keçirilən şəxslərdən 2-nin FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib.