...

Çinin Tibet bölgəsində qar uçqunu olub, ölənlər var

Dünya xəbərləri Materials 8 Oktyabr 2023 07:54 (UTC +04:00)
Çinin Tibet bölgəsində qar uçqunu olub, ölənlər var

Bakı. Trend:

Çinin Tibet muxtar rayonundakı Şişabanqma dağında baş verən qar uçqunu nəticəsində 2 alpinist ölüb, digər ikisi itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə muxtar rayonun idman qurumunun açıqlamasında qeyd olunub.

Bildirilib ki, hadisə oktyabrın 7-də günortadan sonra təxminən 7 min 600 metr yüksəklikdə baş verib. Ölənlərdən biri ABŞ, digəri isə Nepal vətəndaşıdır. Elə itkin düşənlər də ABŞ və Nepal vətəndaşlarıdır. Nepaldan olan digər alpinist isə ciddi xəsarət alıb.

Hazırda xilasedicilər hadisə yerində axtarış aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti