...

HƏMAS-ın istifadəsində olan kriptovalyuta hesabları bloklanıb

Dünya xəbərləri Materials 10 Oktyabr 2023 14:55 (UTC +04:00)
HƏMAS-ın istifadəsində olan kriptovalyuta hesabları bloklanıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

HƏMAS-ın istifadəsində olan kriptovalyuta hesabları dondurulub.

Trend xəbər verir ki, bu barədə İsrail polisi "X" (tvitter) sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, kriptovalyutadan HƏMAS-ın fəaliyyətini maliyyələşdirmək üçün vəsait yığımı məqsədilə istifadə olunub.

"İsrail polisinin kibertəhlükəsizlik şöbəsi Müdafiə Nazirliyi, Təhlükəsizlik Agentliyi və digər dövlət xüsusi xidmət orqanlarının tərəfdaşlığı ilə HƏMAS-ın öz fəaliyyəti üçün vəsait yığımı məqsədilə istifadə etdiyi kriptovalyuta hesablarını dondurub", - məlumatda deyilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti