...

Avropa Komissiyasının sədri İsrailə gedir

Dünya xəbərləri Materials 13 Oktyabr 2023 12:29 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Parlamentinin sədri Roberta Metzola bu gün İsrailə gedir.

Trend xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Səfərin əsas məqsədi İsraillə həmrəylik ifadə etmək və bölgədəki vəziyyətlə tanış olmaqdır.

Ursula fon der Lyayen və Roberta Metzola İsrail rəhbərliyi ilə bir sıra görüşlər keçirəcəklər.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti