Bakı. Trend:
Daha əvvəl Respublikaçılar tərəfindən ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd kimi irəli sürülən konqresmen Tom Emmer (Minnesota ştatı) bu vəzifə uğrunda mübarizədən çəkilmək qərarına gəlib.
Trend-in məlumatına görə, bu barədə CNN və “The Washington Post” məlumat yayıb.
Bundan əvvəl bir qrup respublikaçı Emmerin namizədliyini dəstəkləməyəcəklərini bildiriblər. Bununla da Emmerin spiker seçilmək şansı qalmayıb.
Qeyd edək ki, daha əvvəl Respublikaçıların əksəriyyəti qapalı səsvermədən sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri vəzifəsinə konqresmen Tom Emmerin namizədliyinin irəli sürülməsini dəstəkləmişdilər.