...

G7 HƏMAS-a qarşı sanksiyaları müzakirə edib

Dünya xəbərləri Materials 8 Noyabr 2023 15:19 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

"Böyük Yeddilik" (G7) ölkələri regional tərəfdaşlarla HƏMAS-a qarşı sanksiyalar tətbiq etmək məsələsini müzakirə edir.

Trend xəbər verir ki, bu barədə "Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər nazirlərinin yekun bəyanatında deyilir.

""Böyük Yeddilik" üzvləri Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq üçün regional tərəfdaşlarla birgə çalışır. HƏMAS-ın vəsait əldə etməsinə imkan verməmək üçün o cümlədən sanksiyalar və digər tədbirlər üzərində birgə işləyirik", - bəyanatda deyilir.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti