...

"Apple" şirkətinin həmtəsisçisi xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 9 Noyabr 2023 08:46 (UTC +04:00)
"Apple" şirkətinin həmtəsisçisi xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

"Apple" şirkətinin həmtəsisçisi, 73 yaşlı Stiv Voznyak Dünya Biznes Forumunda çıxış etdikdən sonra Mexiko şəhərində xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə "Pais" qəzeti xəbər verib.

"TMZ" portalının mənbələri bildirib, çıxışdan sonra S.Voznyak həyat yoldaşına özünü narahat hiss etdiyini deyib. Onun həyat yoldaşı sonra narahatlıq yaradan simptomları görüb.

Məlumata əsasən, sahibkar təcili yardım şöbəsindədir, həkimlər lazımi müayinələri aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti