Bakı. Trend:
İsrail bu gündən etibarən hər gün dörd saat fasilə verərək Qəzzanın şimalında hərbi əməliyyatlar keçirməyəcək.
Trend xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama verilib.
Bildirilib ki, fasilələr HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.