Bakı. Trend:
ABŞ dövlət katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostin Yeni Dehlidə Hindistan ordusu üçün Amerika silahlarının alınmasını müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə Qərb KİV-ləri xəbər verib.
Xüsusilə, tərəflər Hindistan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri üçün Amerika mühərriklərinin alınması ideyasını müzakirə edirlər. Söhbət "General Electric" şirkətinin bölmələrindən biri ilə Hindistanın "Hindustan Aeronautics" şirkəti arasında bağlanan müqavilədən gedir. Hindistan Müdafiə Nazirliyi qeyd edib ki, bu mövzuda “biz kommersiya və hüquqi məsələlərin koordinasiyasını yekunlaşdırırıq”.
Bundan əlavə, söhbət Hindistanın American "General Atomics" şirkətindən bir partiya dron almasından gedir. Bu əməliyyatın məbləği 3 milyard dollar məbləğində qiymətləndirilir.