...

Bəzi Aİ üzvləri Kiyevə 20 milyard avro yardım ayrılmasına qarşı çıxıb

Dünya xəbərləri Materials 11 Noyabr 2023 06:05 (UTC +04:00)
Bəzi Aİ üzvləri Kiyevə 20 milyard avro yardım ayrılmasına qarşı çıxıb

Bakı. Trend:

Avropa Komissiyası (AK) bəzi Komissiya üzvlərinin etirazlarına görə dörd il ərzində Ukraynaya 20 milyard avroluq hərbi yardımın ayrılması təklifinə yenidən baxmağa məcbur ola bilər.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi yüksək vəzifəli avropalı diplomatlara istinadən bildiirb.

Avropa İttifaqı ölkələrinin müdafiə nazirləri noyabrın 14-də Brüsseldə Kiyevə gələcək hərbi yardımın göstərilməsi planlarını müzakirə etmək niyyətindədirlər. "Reuters" mənbələrinin məlumatına görə, bu görüşdən əvvəl bir neçə ölkə, o cümlədən Almaniya dörd il əvvəldən öz üzərinə böyük maliyyə öhdəliklərinin götürülməsi zərurətindən şübhələndiyini bildirib.

Bəzi Komissiya üzvləri də bildirirlər ki, onların büdcələri sadəcə olaraq tələb olunan məbləğləri qarşılamağa imkan vermir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti