Bakı. Trend:
Türkiyə silahlı qüvvələri Suriyanın şimalında 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Məlumata əsasən, terrorçular "Zeytun budağı" əməliyyatı keçirldiyi ərazidə hücuma hazırlaşırdı.
Nazirlik qeyd edib ki, Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı əməliyyatları davam etdirir.