...

Ərdoğan İspaniyanın baş naziri ilə görüşəcək

Dünya xəbərləri Materials 22 Noyabr 2023 16:45 (UTC +04:00)
Ərdoğan İspaniyanın baş naziri ilə görüşəcək

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə İspaniyanın baş naziri Pedro Sançeslə görüşəcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

"Demək olar ki, bütün Avropa ölkələri İsrail-Fələstin məsələsində susur. Onların qırğını dayandırmaq üçün müdaxiləsindən söhbət gedə bilməz. Burada yalnız İspaniyanın yanaşması müsbət istiqamətdə inkişaf edir. Gələn həftə İspaniyanın baş naziri cənab Pedro Sançeslə də görüşüm olacaq. İslam dünyası bu işğala səssiz qalmamalıdır.

Qəzzanın süqutu İslam dünyasının birlik və həmrəyliyinin dərindən zədələnməsi deməkdir. İsrailin Qəzzanı düşünmədən işğal etməsi və beynəlxalq hüququ, insan haqlarını və etik dəyərləri tanımadan hücumları qarşısında susmaq və reaksiya verməmək utancvericidir. İslam dünyası Ər-Riyadda göstərdiyi qətiyyətin arxasında dayanmaq və alınan qərarları həyata keçirmək üçün birlik və həmrəylik ruhu ilə hərəkət etməli, tək yumruq olmalıdır",- deyə Ərdoğan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti