...

Bu ölkədə elektrik enerjisi pulsuz olub

Dünya xəbərləri Materials 25 Noyabr 2023 09:09 (UTC +04:00)
Bu ölkədə elektrik enerjisi pulsuz olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Norveç enerji treyderi “Kinect Energy” tərəfindən edilən səhv noyabrın 24-də Finlandiya əhalisinin beşdə biri üçün elektrik enerjisinin qısa müddətə pulsuz olması ilə nəticələndi.

Trend xəbər verir ki, bu barədə enerji treyderinin bölməsinin açıqlamasında bildirilir.

Finlandiyadan hər beşinci istehlakçı elektrik enerjisini mübadilə qiymətinə əlavə dəyər vergisi ödəyir.

Lakin cümə axşamı günü axşam yerli enerji bazarında qeyri-adi vəziyyət yaranıb. “Kinect Energy” şirkəti noyabrın 23-də bir saatlıq hərracda səhvən Finlandiyada istehlak edilən bütün elektrik enerjisinin təxminən yarısına bərabər olan hissəsini satmağı təklif edib. Nəticədə, “Nord Pool” birjasında gündüz ticarət sessiyasında ölkədə elektrik enerjisinin qiyməti 1 meqavat-saat üçün -500 avro (təxminən 927 manat – red.) səviyyəsində olub.

Nəticədə, Norveç enerji tacirinin səhvi Finlandiyada enerji istehlakının beş faiz artmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti