...

İraqın şimalında terrorçulara məxsus 16 hədəf məhv edilib

Dünya xəbərləri Materials 1 Dekabr 2023 23:50 (UTC +04:00)
İraqın şimalında terrorçulara məxsus 16 hədəf məhv edilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən İraqın şimalında hava əməliyyatı keçirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, Türkiyə vətəndaşlarının və sərhədlərinin təhlükəsizliyi, eləcə də terrorçular tərəfindən planlaşdırılan hücumların qarşısının alınması məqsədilə keçirilən əməliyyat zamanı terror təşkilatına məxsus 16 hədəf məhv edilib. Bu hədəflərin içində təşkilatın məsul şəxslərinin olduğu bildirilir.

Əməliyyat zamanı çox sayda terrorçu zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti