...

Cevdet Yılmaz 7-ci Dövr Türk-Türkmən Hökumətlərarası İqtisadi Komissiyasının iclasında iştirak edəcək

Dünya xəbərləri Materials 6 Dekabr 2023 03:47 (UTC +04:00)
Cevdet Yılmaz 7-ci Dövr Türk-Türkmən Hökumətlərarası İqtisadi Komissiyasının iclasında iştirak edəcək

Bakı. Trend:

Türkiyə vitse-prezident Cevdet Yılmaz 7-ci Dövr Türk-Türkmən Hökumətlərarası İqtisadi Komissiyasının iclasında iştirak etmək üçün Türkmənistana səfər edib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, Yılmaz Aşqabad Beynəlxalq Hava Limanında Türkmənistan Nazirlər Şurası sədrinin müavini Batır Atdayev, ticarət və xarici iqtisadi əlaqələr naziri Begenç Koçmollayev, Türkiyənin Aşqabaddakı səfiri Toqan Oral tərəfindən qarşılanıb.

Cevdet Yılmaz səfəri çərçivəsində Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Nazirlər Şurasının sədr müavini Batır Atdayevlə görüşəcək.

O, 10-cu Türkiyə İxrac Məhsulları Sərgisininin açılışında və Türkiyə-Türkmən İş Forumunda iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti