Bakı. Trend:
İran və Ermənistan Araz çayı üzərində yeni körpü tikəcək.
Trend xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristina Qaleçyan erməni KİV-ə açıqlamasında deyib.
Nazir müavininin sözlərinə görə, mövcud körpünün buraxılış imkanları artıq iki ölkə arasında artan yük axınına cavab vermir.
"Körpünün tikintisi üçün texniki göstəriciləri dəqiqləşdirməliyik. Bununla yanaşı, hazırkı körpünün parametrləri, xüsusən ötürücülük imkanları nəzərə alınacaq", - o deyib.
Qeyd olunub ki, yeni körpünün hazırkı körpüyə paralel inşa olunacağı istisna edilmir. Lakin nazir müavininin sözlərinə görə, bunun üçün tələsməmək və texniki-iqtisadi araşdırmanın başa çatmasını gözləmək lazımdır. Yalnız bundan sonra yeni körpünün uzunluğu, eni, buraxılış imkanları və digər parametrləri müəyyən ediləcək.