...

Gürcüstan-Rusiya yolu yenidən bağlandı

Dünya xəbərləri Materials 6 Dekabr 2023 15:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstandan Rusiyaya gedən yeganə Yuxarı Lars yolu yenidən bağlanıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, iki ölkənin sərhədindəki keçid məntəqəsində irihəcmli yük maşınlarının hərəkəti qadağan edilib.

Məlumata görə, yolun bağlanmasına hava şəraitinin yenidən pisləşməsi, güclü qar yağması, yolların buz bağlaması və dağlıq ərazilərdə qar uçqunu təhlükəsinin artması səbəb olub. Hazırda yolda 2000-dən çox yük avtomobilinin dayandığı bildirilir. Onların böyük əksəriyyəti Ermənistana məxsusdur.

Qeyd edək ki, “Gürcüstan hərbi yolu” kimi də tanınan bu beynəlxalq əhəmiyyətli magistral Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.

Yol bir neçə gün əvvəl də əlverişsiz hava şəraiti ilə əlaqədar bağlanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti