Bakı. Trend:
Rumıniyada qızılca epidemiyası elan edilib.
Trend xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkənin 41 rayonundan 29-da 2 min yoluxma qeydə alınıb.
"Qızılcaya yoluxma hallarının həyəcanverici artımını, eləcə də xəstəxanalarda yoluxmuş uşaqların olmasını nəzərə alaraq, Rumıniyanın Səhiyyə Nazirliyi 9 yaşlı uşaqların peyvənd olunmasının mümkünlüyünü təmin etmək üçün milli qızılca epidemiyası elan edib" , - məlumatda qeyd olunub.