...

Bayden ABŞ-ın NATO ölkələrindəki hərbi kontingentinin 80 minə qədər azaldığını açıqlayıb

Dünya xəbərləri Materials 8 Dekabr 2023 04:27 (UTC +04:00)

Bakı. Trend:

Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv ölkələrin ərazilərində yerləşən Amerika hərbi qulluqçularının sayı 2022-ci maliyyə ilində (ölkədə oktyabrın 1-dən başlayaraq) 90 min əsgərdən 2023-cü maliyyə ilində 80 minə qədər azalıb.

Trend xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden məlumat verib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanındakı Amerika kontingenti 2755 nəfərdən 2088 nəfərə qədər azalıb. Eyni zamanda İordaniyada ABŞ hərbi qulluqçularının sayı 3003 nəfərdən 3188 nəfərə, Livanda 36 nəfərdən 76 nəfərə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti