Bakı. Trend:
Almaniyanın Gera şəhərində yüzlərlə insan yerli xəstəxananın binasında qaçqınlar üçün yeni sığınacaq açmaq planlarına etiraz olaraq aksiya keçirib.
Trend xəbər verir ki, iştirakçılar həmçinin 70 avtomobilin iştirak etdiyi yürüş keçiriblər.
Qeyd edək ki, 2023-cü ilin əvvəlindən noyabrın sonuna kimi Almaniyaya 300 mindən çox sığınacaq axtaran şəxs gəlib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 60% çoxdur.