Bakı. Trend:
Yaponiyanın baş naziri Fumio Kişida ölkənin iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimuranı və hakim Liberal Demokrat Partiyasında (LDP) bir neçə nüfuzlu siyasətçini deyişdirmək qərarına gəlib.
Trend-in məlumatına görə, bu barədə ölkənin "The Asahi" qəzeti xəbər verib.
Məlumata əsasən, onlar siyasi ianələr toplamaqdan gəlir əldə etməkdə şübhəli bilinirlər.
Qeyd olunub ki, xüsusən də partiyanın siyasi şurasının rəhbəri Koişi Haqiuda və partiyanın daha bir neçə ağır çəkisi öz postunu itirəcək.
Hazırda bu qərarın icrasının formatı və vaxtı üzərində işlər aparılır. F.Kişidanın yaxın vaxtlarda Nazirlər Kabinetində və LDP rəhbərliyində kadr dəyişikliyi həyata keçirəcəyi və bu müddət ərzində biabırçı siyasətçiləri əvəzləyəcəyi gözlənilir.