...

Məşhur fransız yazıçısı saxlanıldı

Dünya xəbərləri Materials 12 Dekabr 2023 19:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Məşhur fransız yazıçısı Frederik Beqbeder saxlanılıb.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, yazıçı ölkənin cənubunda yerləşən Pau şəhərinin polis komissarlığında saxlanılır. Onun dindirilməsinin ilkin istintaqın bir hissəsi olması qeyd olunub.

Qeyd edək ki, Frederik Beqbeder fransız nasir, publisist, ədəbiyyatşünas, aktyordur. Onun ən məşhur romanları arasında “Ağılsız gəncin xatirələri”, “Komadakı bayramlar”, “Məhəbbət üç il yaşayır”, “Romantik eqoist”, “99 frank” kimi romanları qeyd etmək olar.

2009-cu ildə “Fransız romanı” kitabına görə o, Fransanın ən mühüm ədəbi mükafatlarından biri sayılan Renaudo mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti