...

BMT Baş Assambleyası Qəzza ilə bağlı qətnamə qəbul edib

Dünya xəbərləri Materials 13 Dekabr 2023 02:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT Baş Assambleyası Misir və Mavritaniyanın Fələstin-İsrail münaqişəsi zonasında təcili humanitar atəşkəs tələb edən qətnaməni qəbul edib.

Trend xəbər verir ki, BMT-yə üzv olan 193 ölkədən 153-ü qətnamə layihəsini dəstəkləyib, 10-u əleyhinə, 23-ü isə bitərəf qalıb.

Sənədin mətni digər məsələlərlə yanaşı, bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini, həmçinin beynəlxalq hüquqa, xüsusən də mülki şəxslərin müdafiəsi ilə bağlı tələblərə riayət etməyi tələb edir.

Xəbər lenti

Xəbər lenti