...

Aİ ölkələri ABŞ-ın Qırmızı dənizdəki əməliyyatına qoşulacaq

Dünya xəbərləri Materials 20 Dekabr 2023 23:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqına üzv ölkələr Qırmızı dənizdə gəmilərin təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın “Prosperity Guardian” əməliyyatında iştirak etmək qərarına gəlib.

Trend xəbər verir ki, bunu Aİ xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel deyib.

“Husilərin məsuliyyətsiz hərəkətləri Qırmızı dənizdə gəmilərin hərəkətinə təhlükə yaradır. Aİ-nin daimi nümayəndələrinin bugünkü fövqəladə iclasında üzv dövlətlər ABŞ-ın keçirəcəyi əməliyyata töhfə verməyə razılaşdılar”, - Aİ diplomatiyasının rəhbəri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti