Bakı. Trend:
Yaponiya və ABŞ nümayəndələri 2024-cü ilin əvvəlində Yaponiya silahlı qüvvələrinin “Patriot” müdafiə sistemləri üçün mövcud olan raketlərin Amerika tərəfinə verilməsi məsələsi ilə bağlı məsləhətləşmələrə başlayacaqlar.
Trend-in məlumatına görə, bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumata görə, ilk növbədə təyyarələrin və qanadlı raketlərin qarşısını almaq üçün nəzərdə tutulmuş PAC-2 raketlərinin tədarükünün əlaqələndirilməsinə başlamaq planlaşdırılır. Gələcəkdə Yaponiya ABŞ-ı ballistik raketlərə qarşı mübarizədə istifadə olunan PAC-3 raketləri ilə təmin edəcək.