Bakı. Trend:
Yaponiya oktyabrda İsrailə hücumla bağlı HƏMAS hərəkatının rəhbər üzvlərinə qarşı sanksiyalar tətbiq edib.
Trend-in məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Sanksiya siyahısında HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar, hərəkatın hərbi qanadının rəhbəri Məhəmməd əl-Deif və onun müavini Mərvan İsanın adı var.
Yaponiya onlara qarşı bir sıra tədbirlər görəcək, o cümlədən aktivləri aşkar edilərsə, dondurulacaq.