...

İlon Mask dünyada demoqrafik böhran barədə xəbərdarlıq edib

Dünya xəbərləri Materials 3 Yanvar 2024 08:59 (UTC +04:00)
İlon Mask dünyada demoqrafik böhran barədə xəbərdarlıq edib

Bakı. Trend:

Amerikalı sahibkar İlon Mask xəbərdarlıq edib ki, bəşəriyyət böyük demoqrafik böhran təhlükəsi ilə üz-üzədir.

Trend-in məlumatına görə, bu barədə o, “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Bəşəriyyətin üzləşdiyi ən böyük problem demoqrafik çöküşdür”, - deyə İ.Mask paylaşımında bildirib.

Sahibkar əvvəllər bəyan edirdi ki, demoqrafik problemlər üzündən bütöv xalqlar yox ola bilər. Maskın qeyd etdiyinə görə, İtaliya, Fransa və Yaponiyanın mədəniyyətləri də təhlükə altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti