...

Ekvador Prezidenti ölkədəki vəziyyətlə əlaqədar Təhlükəsizlik Şurasının iclasını çağırıb

Dünya xəbərləri Materials 10 Yanvar 2024 05:35 (UTC +04:00)
Ekvador Prezidenti ölkədəki vəziyyətlə əlaqədar Təhlükəsizlik Şurasının iclasını çağırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ekvador Prezidenti Daniel Noboa quldur dəstələrinə qarşı tədbirlər hazırlamaq üçün ölkənin Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Trend xəbər verir ki, bu barədə dövlət başçısı X (keçmiş “Twitter”) sosial şəbəkəsində yazıb.

"İctimai və Dövlət Təhlükəsizliyi Şurası yenicə çağırılıb. Biz terrorçu qrupların ölkədə asayişi pozmasına imkan verməyəcəyik", - deyə Daniel Noboa bildirib.

Qeyd edək ki, Ekvadorda son illər cinayətlərin sayı kəskin artıb. Bir qədər əvvəl ölkədə silahlı şəxslər “TC Television” telekanalına soxularaq canlı yayımda olan aparıcıları girov götürmüşdülər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti