...

ABŞ Prezidenti husiləri terrorçu adlandırıb: Hücumlarına cavab verəcəyik

Dünya xəbərləri Materials 13 Yanvar 2024 04:40 (UTC +04:00)
ABŞ Prezidenti husiləri terrorçu adlandırıb: Hücumlarına cavab verəcəyik
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Bayden deyib ki, Yəməndəki husi qüvvələri Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırmasalar, Birləşmiş Ştatlar onlara zərbələr endirməyə davam edəcək.

Bu barədə Trend “Reuters”ə istinadən xəbər verir.

"Husilər yaramaz davranışlarını davam etdirsələr, onlara mütləq cavab verəcəyik", - ABŞ rəhbəri deyib. Bayden jurnalistlərə danışarkən husiləri “terrorçu qrup” adlandırıb.

ABŞ Prezidenti həmçinin deyib ki, o, Yəmən üsyançılarına dəstək verən İrana müəyyən mesaj göndərib: “Mən artıq İrana mesaj vermişəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti