...

Macarıstanda yüksək patogenli quş qripi epidemiyası qeydə alınıb

Dünya xəbərləri Materials 18 Yanvar 2024 03:20 (UTC +04:00)
Macarıstanda yüksək patogenli quş qripi epidemiyası qeydə alınıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın ən böyük quşçuluq fermasında quş qripi epidemiyası baş verib.

Macarıstanın cənub-qərbindəki Kapoşvar şəhərindəki böyük quşçuluq fermasında insanlar üçün potensial təhlükəli quş qripi (H5N1) epidemiyası qeydə alınıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Qida Zəncirinin Təhlükəsizliyi üzrə Milli İdarəsinin (NFCSO) bəyanatında deyilir.

Şöbə müəssisədəki 39 min hinduşkanın hamısının məhv edilməli olduğunu vurğulayıb.

“Bütün quş populyasiyasının məhv edilməsi artıq başa çatıb. Qaydalara uyğun olaraq, müəssisənin ətrafında 3 km radiusda mühafizə zonası, həmçinin 10 km radiusda müşahidə zonası yaradılıb”, - deyə milli administrasiyadan bildirilib.

Onlar vurğulayıblar ki, xəstəliyin səbəblərini müəyyən etmək üçün epidemioloji tədbirlər hələ də davam etdirilir.

Dekabr ayında Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) Belçikada yüksək patogen H5N1 quş qripinin baş verdiyini açıqlamışdı.

Bundan əvvəl İsraildə hin quşularında quş qripinin H5N1 adlı təhlükəli ştammı müəyyən edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti