Bakı. Trend:
Fələstinin Xan Yunis şəhərindəki tibb müəssisələrində və "Əl-Əmal" xəstəxanasında müvəqqəti məskunlaşan 8 minə yaxın məcburi köçkün sutka ərzində oradan təxliyə edilib.
Trend-in məlumatına görə, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin əməkdaşları "X" sosial şəbəkəsində yazıblar.
"Onların sözlərinə görə, Xan Yunisdəki tibb müəssisələrində "yalnız 40 yaşlı köçkün, 80-ə yaxın xəstə və yaralı, o cümlədən 100 inzibati və tibb işçisi qalıb”.
Xəstəxanalarda olan qaçqınların dəqiq hara aparıldığı barədə məlumat verilməyib.