Bakı. Trend:
Gürcüstanın Xulo və Keda rayonlarında torpaq sürüşməsi və qar uçqunu nəticəsində polis əməkdaşı və yaşlı qadın ölüb.
Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, Keda rayonu polis bölməsinin kiçik müfəttişi ölüb. O biri hadisə isə, Txilvani kəndində baş verib.
Uçqunlar altında yaşlı ər-arvad qalıb. Qonşuları kişini xilas edə bilsə də, lakin qadını mümkün olmayıb.