...

Venesuelada qızıl mədəni çökdü - 30 ölü

Dünya xəbərləri Materials 22 Fevral 2024 11:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Venesuelada “Bulla Loca” qızıl mədəninin çökməsi nəticəsində azı 30 nəfər həlak olub, daha yüzə yaxın insan isə torpaq altında qalıb.

Trend “The Times” qəzetinə istinadla xəbər verir ki, hadisə vaxtı mədəndə 200-ə yaxın insan olub.

Yaralananlara və torpaq altında qalanlara kömək etmək üçün əraziyə xeyli sayda insan toplaşıb. Hazırda xilasetmə işləri davam edir.

Xatırladaq ki, Venesuelada dəmir filizi, qızıl, boksit və digər faydalı qazıntı mədənlərində tez-tez qəzalar baş verir. Bölgədəki ən son böyük qəza cəmi bir neçə ay əvvəl Qran Sabanada olsa da, xoşbəxtlikdən o vaxt insan itkisi qeydə alınmamışdı.

Xəbər lenti

Xəbər lenti