...

Qırmızı dənizdə raketlə vurulan Britaniya gəmisində yanğın olub

Dünya xəbərləri Materials 22 Fevral 2024 14:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yəmən sahillərində hücuma məruz qalan Böyük Britaniya gəmisinin göyərtəsində yanğın baş verib.

Trend xəbər verir ki, Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatlarının (UKMTO) məlumatına görə, gəmiyə iki raket zərbəsi endirilib və nəticədə yanğın başlayıb.

Dəniz təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşan “Ambrey” kompaniyası hücuma məruz qalan yük gəmisinin Böyük Britaniyada qeydiyyatdan keçən şirkətə məxsus olduğunu və Palau bayrağı altında üzdüyünü bildirib. Məlumatda, həmçinin koalisiya qüvvələrinin hadisəyə reaksiya verdiyi vurğulanır.

Qeyd edək ki, Qəzza sektorunda döyüşlər başlayanda Yəməndəki qiyamçı husilər İsrail dövləti ilə əlaqəli olan gəmilərin Qırmızı dənizdən və Bab-əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini elan ediblər. Ötən il noyabrın ortalarından bəri onlar Qırmızı dənizdə və Ədən körfəzində onlarla gəmini atəşə tutublar. ABŞ ordusu isə buna cavab olaraq beynəlxalq koalisiya ilə birgə Yəmənin bir sıra şəhərlərində, o cümlədən paytaxt Sənada husilərin hədəflərinə raket zərbələri endirir.

Xəbər lenti

Xəbər lenti