...

Erməni politoloq Paşinyanı ölkəni Rusiyaya qarşı çevirmək cəhdində ittiham edib

Dünya xəbərləri Materials 23 Fevral 2024 11:07 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Milli Yığıncağının keçmiş deputatı, siyasətçi Eduard Şarmazanov baş nazir Nikol Paşinyanı Ermənistanı Rusiyaya qarşı çevirmək cəhdində ittiham edib.

Trend xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Paşinyanı Qərbyönümlü siyasət aparmaqda və Rusiyaya qarşı çıxmaqda ittiham edən politoloqun sözlərinə görə, erməni xalqı Paşinyan rejimindən yaxa qurtarmazsa, ölkə xoşagəlməz sürprizlərlə üzləşəcək.

"Dövlətimiz anti-Rusiya meydanına çevrilərsə, öz suverenliyini itirə, yeni ərazi və insan itkiləri verə bilər", - Şarmazanov deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti