...

Fransanın baş naziri Ukraynaya hərbçilərin göndərilməsini istisna etməyib

Dünya xəbərləri Materials 27 Fevral 2024 14:15 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın baş naziri Qabriel Attal fransız hərbçilərin Ukraynaya döyüşə göndərilməsini istisna etməyib.

Trend xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Avropa İttifaqının (Aİ) kandarında gedən müharibədə heç nəyi istisna etmək olmaz", - deyə Fransanın baş naziri bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Fransa prezidenti Emmanuel Makron da Aİ ölkələri tərəfindən Ukraynaya hərbçilərin göndərilməsi ehtimalını istisna etməyib.

Bundan başqa, Makron Ukraynaya silah tədarükü üzrə yeni koalisiyanın yaradılacağını elan edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti