...

İsrail ordusu Livanda "Hizbullah"ın hədəflərinə zərbələr endirib

Dünya xəbərləri Materials 27 Fevral 2024 19:07 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah"ın hədəflərinə zərbələr endirib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün səhər Livandan İsrailin şimalında Meron dağı bölgəsinə 35 raket və mərmi buraxılıb. İsrail Müdafiə Qüvvələri cavab olaraq "Hizbullah"ın Hanniya, Cibçit, Baysariya və Mənsuri bölgələrindəki hədəflərinə zərbələr endirib.

Həmçinin, qeyd olunub ki, İsrail ordusunun artilleriyası Yaruna bölgəsinə təhdidin aradan qaldırılması üçün zərbələr endirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti