...

SSRİ-nin son baş naziri vəfat etdi

Dünya xəbərləri Materials 28 Fevral 2024 10:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

SSRİ-nin sonuncu baş naziri Nikolay Rıjkov vəfat edib.

Trend xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienko "Telegram" kanalında yazıb.

"Möhtəşəm və parlaq insan insan olan Nikolay İvanoviç Rıjkov həyatdan getdi. O, əsrə bərabər, unikal taleyə malik insan və unikal miqyaslı dövlət xadimi idi, böyük ürəyə malik idi. Mənim üçün Nikolay İvanoviç "zəhmətkeş insan"ın ən parlaq nümunəsidir. Biz onunla çoxdan tanış idik, uzun illər Federasiya Şurasında birgə çalışmışıq. Mənim üçün Nikolay İvanoviçin ölümü böyük şəxsi sarsıntıdır", - deyə o yazıb.

Qeyd edək ki, 94 yaşında vəfat edən Rıjkov 1985-1991-ci illərdə keçmiş SSRİ Nazirlər Sovetinin sədri işləyib. O, Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovun ən yaxın adamı olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti