...

"Taliban" ABŞ-ı razılaşmasını 1,7 min dəfə pozmaqda ittiham edib

Dünya xəbərləri Materials 29 Fevral 2024 22:17 (UTC +04:00)
"Taliban" ABŞ-ı razılaşmasını 1,7 min dəfə pozmaqda ittiham edib

Bakı. Trend:

ABŞ Əfqanıstanda sülhün bərqərar edilməsi ilə bağlı Dohada imzalanan sazişi 1,7 min dəfə pozub və bu ölkənin yenidən qurulmasında yardım vədlərini yerinə yetirməyib.

Trend-in məlumatına görə, bu barədə "Taliban" hərəkatının bəyanatında bildirilib.

"Biz ABŞ tərəfindən 1,7 min pozuntu faktını qeydə almışıq", - deyə "Taliban"ın nümayəndəsi Zabihullah Mücahid qeyd edib.

O xatırladıb ki, bunda əvvəl ABŞ-ın sabiq prezidenti Donald Trampın administrasiyası Əfqanıstanla münasibətləri normallaşdırmağa və ölkənin bərpasına kömək etməyə söz verib, lakin “bu, hələ də baş verməyib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti