...

İranın Ali Lideri səsvermədə iştirak edib

Dünya xəbərləri Materials 1 Mart 2024 10:04 (UTC +04:00)
İranın Ali Lideri səsvermədə iştirak edib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Ali Lideri Ayətulla Seyid Əli Xamenei bu gün (1 mart - red.) İranda keçirilən parlament və Ekspertlər Məclisi seçkilərində iştirak edib.

Trend-in məlumatına görə, İranın Ali Lideri 12-ci çağırış İran parlamenti və 6-cı çağırış Ekspertlər Məclisi seçkiləri üzrə Tehranda İmam Xomeyni Hüseyniyyəsində yaradılan 110 saylı mobil səsvermə dairəsində səs verib.

Qeyd edək ki, seçkilər yerli vaxtla saat 08:00-da başlanıb.

Seçkilərdə təxminən 61,2 milyon (61 172 298) nəfərin səsvermə hüququ olduğu bildirilir.

İran parlamentində 290 deputat mandatı uğrunda 15,2 min nəfər rəqabət aparacaq. Hazırda bu məclisin sədri Məhəmməd Qalibafdır.

Ekspertlər Məclisi İranın Ali Liderinin təyin olunması, kənarlaşdırlması və fəaliyyətinə nəzarət edən məclisdir.

Ekspertlər Məclisində 88 yer uğrunda 144 namizəd rəqabət aparacaq. Hazırda bu məclisin sədri Əhməd Cənnətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti