...

Rusiyanın baş naziri Moskvada qazaxıstanlı həmkarı ilə danışıqlar aparacaq

Dünya xəbərləri Materials 4 Mart 2024 05:14 (UTC +04:00)
Rusiyanın baş naziri Moskvada qazaxıstanlı həmkarı ilə danışıqlar aparacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın baş naziri Mixail Mişustin bu gün Moskvada qazaxıstanlı həmkarı Oljas Bektenov ilə danışıqlar aparacaq.

Trend-in məlumatına görə, bu barədə Rusiya hökumətinin mətbuat xidməti bildirib.

Hökumət başçıları ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın cari məsələlərini, sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə birgə layihələri müzakirə edəcəklər.

Məlumata əsasən, xüsusi diqqət Avrasiya İqtisadi İttifaqı, MDB və digər çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yetiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti