...

Qazaxıstanda güclü zəlzələ oldu (YENİLƏNİB)

Dünya xəbərləri Materials 4 Mart 2024 10:49 (UTC +04:00)
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstanın Almatı şəhərinin yaxınlığında 5,3 maqnitudalı zəlzələ baş verib.

Trend Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentir Qırğızıstan ərazisində Almatı şəhərindən 44 kilometr cənub-şərqdə yerləşir.

Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barəsində məlumat daxil olmayıb.

xxx

10:44

Qazaxıstanın Almatı şəhərində güclü zəlzələ olub.

Trend xəbər verir ki, bu barədə şəhərin sakinləri sosial şəbəkələrdə məlumat paylaşıblar.

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən isə öz növbəsində bildiriblər ki, zəlzələ yerli vaxtla saat 11:22-də baş verib.

"Martın 4-də Almatıda güclü zəlzələ baş verib. Zəlzələnin balı dəqiqləşdirilir", - deyə Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti