...

Fransa Avropada yüksək intensivliyə malik münaqişəyə hazırlaşır - KİV

Dünya xəbərləri Materials 9 Mart 2024 12:30 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransa ordusu ölkənin cənubunda real şərtlərə yaxın şəraitdə, yüksək intensivliyə malik münaqişəni imitasiya edən təlimlər keçirir.

Trend xəbər verir ki, bu barədə "Politico" nəşri Fransa Silahlı Qaüvvələrinin Döyüş Hazırlığı Mərkəzinin (CENTAC) zabitlərinə istinadən məlumat yayıb.

Bildirilib ki, manevrlər Paris şəhərindən böyük ərazidə - 120 kvadrat kilometr sahədə keçirilir.

Bu təlimlərin Fransa üçün unikal hadisə olduğu qeyd edilib, belə ki, adətən, ölkənin fərqli bölgələrində təlim keçirilən piyada qoşun, zirehli texnika, artilleriya və digər qoşun növləri bu təlimlərdə birgə iştirak edir.

Nəşr yazır ki, hərbi təlimlər Rusiya ordusu kimi ordu ilə döyüş əməliyyatlarını imitasiya edir.

Xatırladaq ki, bu yaxınlarda Fransa prezidenti Emmanuel Makron Aİ ölkələri tərəfindən Ukraynaya silahlı qüvvələr göndərilməsi ehtimalını istisna etməyib.

Martın 4-də Çexiyanın "Novinky" portalına və "Právo" qəzetinə müsahibəsində isə Makron Fransanın Ukraynaya yaxın gələcəkdə qoşun göndərməyi planlaşdırmadığını deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti