...

Britaniyada "ekstremizm" sözünün tərifi dəyişdiriləcək

Dünya xəbərləri Materials 15 Mart 2024 01:50 (UTC +04:00)
Britaniyada "ekstremizm" sözünün tərifi dəyişdiriləcək

Bakı.

Böyük Britaniya hökuməti ekstremizmin tərifini dəyişdirməyə və ekstremist təşkilatların siyahısını genişləndirməyə hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın mənzil, regional inkişaf və yerli idarəetmə naziri Maykl Qov deyib.

Britaniya parlamentinin İcmalar Palatasında çıxış edən nazir bu addımı “ekstremist ideologiyaların yayılmasına” qarşı mübarizənin zəruriliyi ilə izah edib.

Məlumata əsasən, ekstremizm indi “zorakılığa, nifrətə və dözümsüzlüyə əsaslanan ideologiyanın təbliği” və “əsas hüquq və azadlıqların inkarı və pozulmasına” yönəlmiş, həmçinin Birləşmiş Krallıqda “liberal parlament demokratiyasına” zərbə vurmaq kimi müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti